Xəzər Xəbər

Bu rəsm əsəri 80 milyon dollara satıldı FOTO

Mədəniyyət | 15:31 • 31 Avqust 2022
Bu rəsm əsəri 80 milyon dollara satıldı

Belçikalı sürrealist rəssam Rene Maqrittanın (1898-1967) "İşıq imperiyası" (L'empire des lumi res, 1961) tablosu Londonda 59,4 milyon funt-sterlinqə (təxminən 79,8 milyon dollar) satılıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, 1961-ci ildə çəkilmiş “İşıq imperiyası” Avropada indiyə qədər satılan ən bahalı rəsm əsəridir. Əsər uğrunda üç kolleksiyaçı mübarizə aparıb.

Rəsm əsərində ağ buludlu parlaq səma ilə ziddiyyət təşkil edən qaranlıqda villa əks olunub və evin həyətində fənər yandırılıb.

Rəssam R.Maqritta çəkdiyi "İşıq imperiyası" adlı tablonu sürrealizm üslubunda əsərlər kolleksiyaçısı belçikalı Pyer Krovenin qızı Ann-Mari Krove üçün yaradıb. O vaxtdan əsər ailənin şəxsi kolleksiyasının tərkibində olub.

2009-cu ildən 2020-ci ilə qədər bu rəsm əsəri Brüsseldəki Maqritta Muzeyində də sərgilənib. Rəsm Belçikanın paytaxtından başqa Paris, Vyana, Milan, Seul, Edinburq və San-Fransiskoda sərgilənib.

Qeyd edək ki, Nyu-Yorkdakı Sotheby's hərracında belçikalı rəssam Rene Maqrittanın digər rəsm əsəri olan "Zövq prinsipi" (Le principe du plaisir, 1937) rəsmi 26,8 milyon dollara satılıb.

Xəbər lenti