Xəzər Xəbər

Xalq artisti xəstəxanaya yerləşdirildi

Mədəniyyət | 12:00 • 29 Avqust 2022
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

Bu barədə prodüser Vasif Ayan feysbukda məlumat verib.

O, sənətkarın hansı səbəbdən xəstəxanaya yerləşdirildiyini açıqlamayıb.  

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

 

 
 
 

Xəbər lenti