Xəzər Xəbər

Milyonlarla dollar dəyəri olan əsər narkotacirlərin sığınacağından tapıldı FOTO

Məşhur rəssamın oğurlanmış tablosu aşkar edilərək götürülüb
Mədəniyyət | 14:22 • 16 Avqust 2022
Milyonlarla dollar dəyəri olan əsər narkotacirlərin sığınacağından tapıldı

Məşhur ispan rəssamı Pablo Pikassonun oğurlanmış tablosu İraqın Diyala əyalətində tapılıb.

Bu barədə rəsmi INA agentliyi məlumat yayıb.

Pikassonun milyonlarla dollar dəyəri olan əsərinin orijinalı iraqlı narkotacirlərin sığınacağı olan evdən tapılıb. İraq polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı departamentinin rəisi, polkovnik Bilal Subhi bildirib ki, üç narkotik qaçaqmalçısının həbs olunduğu əməliyyat zamanı məşhur rəssamın oğurlanmış tablosu aşkar edilərək götürülüb.

“Arabnews” qəzetinin yazdığına görə, tablo ilə bağlı təfərrüatlar açıqlanmır. Rəssamın adını daşıyan Pablo Pikasso Fondu bu məsələyə münasibət bildirməyib.

Xəbər lenti