Xəzər Xəbər

Qazıntı zamanı çox sayda tarixi əsər aşkarlanıb FOTO

Mədəniyyət | 17:53 • 2 İyun 2022
Qazıntı zamanı çox sayda tarixi əsər aşkarlanıb

İstanbulun Haydarpaşa dəmir yolu stansiyasının ərazisində aparılan qazıntı işləri zamanı çox sayda tarixi tikili, əsər və sikkə tapılıb.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, qazıntıların aparıldığı İstanbulun antik dövrlərdə “Khalkedon” olaraq bilinən tarixi Kadıköy bölgəsi Roma, Bizans və Ellinistik kimi dövrlərə şahidlik edib. Hazırda aşkarlanan bu tarixi əsərlər isə ən dərini beş metr olan qazıntılarla gün işığına çıxarılıb.

Tapıntılar eramızdan əvvəl V əsrdən başlayaraq tarixə işıq tutur. Tarixçilər onların arasında ən əhəmiyyətlisinin Kalsedon sikkəsi olduğunu bildirirlər. Onların fikrincə, bu, tamamilə qaranlıq bir dövrdən günümüzə qədər gəlib çatmış nadir tapıntılardan biridir.

Ümumilikdə tapılan 50 min qutu eksponat restavrasiya ediləcək.

Türkiyənin Nəqliyyat və İnfrastruktur ilə Mədəniyyət və Turizm nazirliklərinin birgə apardığı qazıntı işləri üç muzey mütəxəssisi, 12 arxeoloq və 150 işçi tərəfindən davam etdirilir.

Xəbər lenti