Xəzər Xəbər

Dörd min il əvvələ aid tikili aşkarlanıb FOTO

Mədəniyyət | 17:36 • 11 Yanvar 2022
Dörd min il əvvələ aid tikili aşkarlanıb

Misirli arxeoloqlar Sinay yarımadasında eramızdan əvvəl 2040-1780-cı illərə - Qədim Misirin orta kralıq dövrünə aid tikili aşkar ediblər.

Bu barədə jurnalistlərə məlumat verən Misirin Qədim Abidələr Ali Şurasının sədri Mustafa Vəziri dörd min il əvvəl insanların yaşadığı bu ərazidə qədim Misirdə səma tanrıçası olan Hatorun məbədinin də olduğunu bildirib. O əlavə edib ki, hazırda Əl Nəsb vadisində arxeoloji qazıntılar davam edir.

Arxeoloqların rəyinə görə, son Roma dövründə bu tikili su qıtlığı səbəbindən tərk edilib və sonradan mis emalatxanası kimi istifadə olunub. Evin iki zalı, iki kiçik otağı və qumdaşından olan çardağı var. Burada mis filizi, dörd ədəd düzbucaqlı mis külçə, çoxlu məişət əşyaları və mis emalı etmək üçün sobalar da tapılıb. Sinay yarımadasının Əl Nəsb vadisi o zamanlar ən böyük misəritmə məkanı olub. Bundan başqa, vadidə çoxlu sayda qaya kitabələri də mövcuddur. (AZƏRTAC)

Xəbər lenti