Xəzər Xəbər

Əməkdar artist vəfat edib

O, Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunacaq
Mədəniyyət | 21:40 • 8 Yanvar 2022
Əməkdar artist vəfat edib

Azərbaycanın Əməkdar artisti Novruz Qartal (Əliyev) vəfat edib.

Xezerxeber.az xəbər verir ki, Novruz Qartal onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Novruz Qartal sabah Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə Novruz Qartal özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan obrazlar yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların rəğbətini qazanıb.

Novruz Qartal 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Xəbər lenti