Xəzər Xəbər

Anar Kərimov abidələr üzrə ekspertlərlə görüşdü

Mədəniyyət | 15:14 • 5 Dekabr 2021
Anar Kərimov abidələr üzrə ekspertlərlə görüşdü

Mədəniyyət naziri Anar Kərimov heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert Komissiyasının üzvləri ilə görüşüb.

XəzərXəbər-in məlumatına görə, bu barədə nazir özünün tvitterdəki səhifəsində bildirib.

“Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert Komissiyasının üzvləri ilə ilk görüşümüzü keçirdik və bu sahədə gələcək planlarımızı müzakirə etdik. Komissiya üzvlərinə dəyərli töhfələrinə görə təşəkkür edirəm”, - nazir əlavə edib.

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022