Xəzər Xəbər

Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq SƏRƏNCAM

Mədəniyyət | 13:48 • 30 Noyabr 2021
Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq

Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, sərəncamda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti