Xəzər Xəbər

Əməkdar artist Məcnun Hacıbəyov Qubada dəfn olunub

Mədəniyyət | 15:32 • 16 Noyabr 2021
Əməkdar artist Məcnun Hacıbəyov Qubada dəfn olunub

Əməkdar artist Məcnun Hacıbəyov Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında dəfn olunub.

Xezerxeber.az xəbər verir ki, M.Hacıbəyov uzun müddət Quba Rayon Mərkəzi Xəstəxanasında koronavirusdan müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Sevilən aktyor noyabrın 16-sı səhər saatlarında 86 yaşında dünyasını dəyişib.

Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət və incəsənət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Xəbər lenti

Çox oxunanlar