Xəzər Xəbər

Reperin konsertində 8 nəfər ölüb

Mədəniyyət | 15:33 • 6 Noyabr 2021
Reperin konsertində 8 nəfər ölüb

Amerikalı reper Trevis Skottun konserti zamanı yaranan izdihamda azı 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

TASS-ın yaydığı məlumata görə, hadisə Texas ştatının Hyuston şəhərində “Astroworld” Festivalının açılışında baş verib.

Təxminən 50 min nəfərin iştirak etdiyi konsertdə zamanı tamaşaçılar səhnənin qarşısına doğru toplaşmağa başlayıb ki, bu da təşvişə səbəb olub, bəziləri basabasda huşunu itirib.

Qeyd edək ki, hadisə ilə əlaqədar konsert dayandırılıb, festivalın ikinci günü də təxirə salınıb.

Xəbər lenti