Xəzər Xəbər

Nazir nəşriyyat nümayəndələri ilə görüşüb

Mədəniyyət | 18:30 • 9 Oktyabr 2021
Nazir nəşriyyat nümayəndələri ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimov ölkədə fəaliyyət göstərən nəşriyyat və mətbəə qurumlarının nümayəndələri ilə görüşüb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə nazir Anar Kərimov “Twitter”də qeyd edib. 

Görüş 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub.

Nazir bildirib ki, bu sahədə olan problem və imkanlar səmimi şəkildə müzakirə edilib.

A. Kərimov bu kimi görüşlərin mütəmadi keçiriləcəyini vurğulayıb.

Xəbər lenti