Xəzər Xəbər

Nobel mükafatının təqdimatı ilə bağlı YENİLİK

Mədəniyyət | 11:56 • 26 Sentyabr 2021
Nobel mükafatının təqdimatı ilə bağlı YENİLİK

Bu il Nobel mükafatları laureatlara öz ölkələrində təqdim olunacaq.

XəzərXəbər xəbər verir ki, bu qərar Nobel Fondu tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar növbəti mükafatlandırma mərasimi ləğv edildikdən sonra verilib.

Stokholmda ənənəvi keçirilən Nobel mükafatı mərasimləri əvəzinə builki format müxtəlif tədbirlərdən ibarət olacaq.

2020-ci ildə COVID-19 pandemiyası artıq 12 laureatın ənənəvi şəkildə təntənəli mükafatlandırılmasından imtina etməsinə səbəb olub. Tədbirin rəsmi ziyafəti də ləğv edilərək Avropa və ABŞ-da kiçik mərasimlərlə əvəzlənib.

Öz növbəsində, Norveç Nobel Komitəsi hər il Osloda keçirilən Nobel Sülh Mükafatı laureatlarının təqdimetməsini və onları əvvəlki qayda ilə mükafatlandırmaq imkanını hələ də nəzərdən keçirir. Komitə cari il oktyabrın ortalarında builki tədbirlərin formatını açıqlamağı planlaşdırır.

Xəbər lenti

Çox oxunanlar