Xəzər Xəbər

Prezidentin ev verdiyi Xalq artisti: Heç bir sənətkar Prezidentin yadından çıxmır

Mədəniyyət | 14:38 • 20 Sentyabr 2021
Prezidentin ev verdiyi Xalq artisti: Heç bir sənətkar Prezidentin yadından çıxmır

Bir neçə gün əvvəl Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil hədiyyə edib.

Bu yaxınlarda 75 illik yubileyini qeyd edən Xalq artisti təəssüratlarını Modern.az-la bölüşərək, mənzil hədiyyəsinə görə dövlət başçısına təşəkkürünü bildirib.

V.Məmmədəliyev sənətkarların heç vaxt Prezidentin diqqətindən kənarda qalmadığını deyib: “Prezident bu çətin zamanda məni mənzillə təmin etdi. Bakının Kürdəxanı kəndində yaşayıram. Neçə illərdir ki, şəhərdə işləyirəm, kənddən şəhərə gedib-gəlmək mənim üçün çətin idi. Ömrümün son çağlarını şəhərdə yaşayacağam.

Heç bir sənətkar Prezidentin yadından çıxmır. Ölkə başçısına təşəkkür edirəm. Belə çətin anda mənə dəstək oldu. Minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Vamiq Məmmədəliyevin ifasında lentə alınan “Bayatı Şiraz”, “Humayun”, “Rahab”, “Xaric Segah”, “Bayatı Qacar”, “Nəva” muğamları qızıl fonda daxil edilib. Tanınmış tarzən indiyədək müxtəlif mükafatlarla təltif olunub.

O, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Xəbər lenti

Çox oxunanlar