Xəzər Xəbər

Yaqub Zurufçu koronavirusdan vəfat edib

Mədəniyyət | 18:49 • 14 Sentyabr 2021
Yaqub Zurufçu koronavirusdan vəfat edib

Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Bu barədə yerli mediaya "Yeni Klinika"dan məlumat verilib.

Sənətçinin yaxın saatlarda vəfat etdiyi bildirilib.

Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist bir müddət əvvəl "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbər lenti