Xəzər Xəbər

Van Qoqun uğurlarının səbəbi tapılıb

Mədəniyyət | 15:32 • 14 Sentyabr 2021
Van Qoqun uğurlarının səbəbi tapılıb

Riyaziyyatçılar Van Qoq və digər rəssamların, eləcə də rejissor və elm adamlarının “sinir şəbəkəsi” vasitəsilə işləri üzərində araşdırmalar aparıblar.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, onların 3-5 il müddətində davam edən yaradıcılıq uğuru “bəxt zolağı”na təsadüf edib. Araşdırmaların nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub.

“Bu cür tədqiqat aparmaq bizim Amsterdamdakı Van Qoq adına muzeyə səfərimiz zamanı ağlımıza gəlib. Rəssamın “bəxt zolağı” 1888-1890 illəri əhatə edib. Bu illərdə o, özünün bütün məşhur əsərlərini yaradıb. Van Qoqun 1888-ci ilə qədər çəkdiyi rəsmlər növbəti şedevrlərindən köklü dərəcədə fərqlənir”, deyə tədqiqatçılardan biri, Şimal-Qərb Evanston Universitetinin (ABŞ) professoru Van Daşun bildirib.

Xəbər lenti