Xəzər Xəbər

Arif Babayevin SON DURUMU: 2 həftəyə...

Mədəniyyət | 14:18 • 14 İyul 2021
Arif Babayevin SON DURUMU: 2 həftəyə...

Türkiyədə xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevdən xəbər var.

XəzərXəbər xəbər verir ki, Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında atasının səhhətinin yaxşılaşdığını deyib:

"Atam yavaş-yavaş sağalır. 2 həftəyə Azərbaycana gələcək. İnsult keçirmişdi, çox sevinirik ki, müalicənin nəticəsi yaxşıdır. Sağ-salamat gələr inşallah".

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olunub. Onun 83 yaşı var.

Xəbər lenti