Xəzər Xəbər

Türkiyəli və rusiyalı qonaqlar Ağdam Dram Teatrında erməni vəhşiliyinə şahidlik ediblər

Mədəniyyət | 16:07 • 27 İyun 2021
Türkiyəli və rusiyalı qonaqlar Ağdam Dram Teatrında erməni vəhşiliyinə şahidlik ediblər

Türkiyənin mədəniyyət nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti və rusiyalı qonaqlar Ağdam Çörək muzeyinin dağıntıları ilə də tanış olublar.

Ağdamın bütün tikililəri kimi, Çörək muzeyinin binası da erməni barbarları tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub. Nümayəndə heyətinə məlumat verilib ki, dünyada ikinci hesab edilən bu muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən (oraq, xış, taxıldöyən vərdənə və s.) bəhs edən müxtəlif dəyərli nümunələr olub.

Xəbər lenti