Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Pulitser mükafatının laureatları açıqlandı

Mədəniyyət | 13:45 • 12 İyun 2021
Pulitser mükafatının laureatları açıqlandı

ABŞ-da jurnalistika sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan Pulitser mükafatının qalibləri müəyyənləşib.

"New York Times" qəzeti pandemiyanı işıqlandırdığına görə mükafata layiq görülüb.

"Bədii fotoqrafiya" nominasiyasının qalibi İspaniyada "Associated Press"in baş fotoqrafı Emilio Morenatti olub. "Xəbərlər üçün fotoqrafiya" üzrə mükafat Corc Floydun öldürülməsi ilə əlaqədar etiraz aksiyalarını işıqlandırdıqlarına görə "Associated Press"in 10 fotoqrafı arasında bölüşdürülüb.

Bundan başqa, araşdırmaçı jurnalistika nominasiyasının qalibi "Boston Globe" olub. Nəşr əyalət hökumətlərinin təhlükəli yük avtomobilləri sürücüləri haqqında məlumatları paylaşmaqda sistematik olaraq uğursuzluğunu ifşa edib. Bundan başqa, nəşr iki məqaləyə görə də mükafatlara layiq görülüb.

Nadya Drost "California Sunday Magazine"də qlobal miqrasiya ilə bağlı məqaləyə görə, Mitçel S. Cekson "Runner's World"də ABŞ-ın Corciya ştatında qaçış zamanı təqib olunan və odlu silahla vurulan qaradərili Ahmaud Arberinin öldürülməsi ilə bağlı məqaləyə görə mükafatlara layiq görülüblər.

"Ən yaxşı reportaj" nominasiyasında "The Marshall Project", "AL.com", "IndyStar" və "Invisible Institute"un əməkdaşları qalib gəlib. Onlar bu mükafata K-9 polis qüvvələrinin fəaliyyətini araşdırmasına görə layiq görülüblər./apa

Xəbər lenti

Çox oxunanlar