Xəzər Xəbər

ABŞ-də ən köhnə cins şalvar fantastik qiymətə satıldı

Maraqlı | 10:37 • 12 Dekabr 2022
ABŞ-də ən köhnə cins şalvar fantastik qiymətə satıldı

Şimali Karolina sahillərində 1857-ci ildə batmış paroxoddakı sandıqdan çıxarılmış cins şalvar hərracda 114 min dollar satılıb. Bu barədə “Associated Press” məlumat yayıb.

Xezerxeber.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu yaxınlarda həyata keçirilmiş ekspedisiya nəticəsində gəminin içində cins fəhlə şalvarı da tapılıb. Çox möhkəm parçadan tikilmiş beş düyməli şalvar mədən fəhləsinə məxsus olub.

Cins şalvar Nevada ştatının Rino şəhərində “Qızıl hərisliyi” dövrü əşyalarının hərracında satışa çıxarılıb. Hərracın nümayəndələri onu dünyada məlum olan ən qədim cins şalvar hesab ediblər.

Xəbər lenti