Xəzər Xəbər

Günəş tutulmasına az qaldı – Tutulma zamanı bunları etməyin

Maraqlı | 12:20 • 25 Oktyabr 2022
Günəş tutulmasına az qaldı – Tutulma zamanı bunları etməyin
Xəbər verdiyimiz kimi, bu gün Günəş tutulması baş verəcək. Bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq.
 
Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq, 4 saat 4 dəqiqə davam edəcək.
 
Təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda da müşahidə olunacaq.
 
XəzərXəbər xəbər verir ki, tutulma zamanı Günəşin təxminən 50 faizini Ay əhatə edəcək.
 
Astroloqlar qeyd edir ki, bu, Ay Yerlə Günəşin arasına girəndə baş verir. Bu hadisə zamanı hər üç planet eyni cərgədə yerləşdiyi üçün onlar Yerə daha çox cazibə qüvvəsi tətbiq edirlər. Bu cazibə həm hidrosferdə, həm də litosferdə qabarmalara səbəb olur.
 
Mütəxəssislər həmçinin bildirir ki, Günəş tutulmasına heç vaxt adi gözlə baxmaq olmaz. Çünki Günəşin təxminən 50 faizi örtüləcək və yerdə qalan işıq birbaşa göz üçün zərərlidir. Xüsusi günəş filtrləri və ya tutulma eynəkləri və əvvəlki Günəş tutulmalarından eynəkləri olanlar bu tutulmanı izləyə bilərlər. Ancaq oraya teleskop, kamera və ya obyektivlə baxmaq daimi korluğa səbəb ola bilər./azxəbər

Xəbər lenti