Xəzər Xəbər

Ceyms Bondun avtomobili satıldı

Maraqlı | 09:02 • 1 Oktyabr 2022
Ceyms Bondun avtomobili satıldı

"Christie's" hərracında Ceym Bonda haqqında çəkilən "Ölməyə vaxt yoxdur" filmində istifadə olunan avtomobil 2,9 milyon funta satılıb.

Xezerxeber.az xarici mətbuata istinadla xəbər verir ki, kaskadyor avtomobil həmin film üçün xüsusi olaraq hazırlanmış və dizayn edilmiş səkkiz avtomobildən biridir.

“Aston Martin” markalı avtomobil fırlanan rəqəmsal nömrə nişanı, geri çəkilə bilən fənərlər, pulemyotlar və atəş bombaları kimi cihazlarla təchiz edilib.

"Ölməyə vaxt yoxdur" filmində istifadə olunan avtomobil filmin 60 illiyi şərəfinə satışa çıxarılıb.

Xəbər lenti