Xəzər Xəbər

Ana qarnındakı körpələr TƏƏCCÜBLƏNDİRDİ

Maraqlı | 16:17 • 22 Sentyabr 2022
Ana qarnındakı körpələr TƏƏCCÜBLƏNDİRDİ

İngiltərədəki Durham Universitetinin tədqiqatçıları ana bətnində olan körpələrin yerkökü ilə qarşılaşdıqda gülümsədiklərini, kələmdən sonra isə üzlərini turşutduqları müşahidə olunub.

“Times” qəzetində çıxan xəbərə görə, araşdırma üçün 100 hamilə qadına 400 mq yerkökü və ya kələm tozu olan kapsulları udmaq tapşırılıb. Daha sonra ultrasəs müayinəsində doğulmamış uşaqların reaksiyaları qeydə alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, ananın yediyi qidanın tərkibindəki birləşmələr plasenta vasitəsilə qana və uşaqlıq yoluna keçir.

Yerkökünün aromasına məruz qalan körpələrin müayinədə gülümsədiyi məlum olub, acı kələm isə körpələrin üzündə ağlamaq reaksiyasına səbəb olub. Nəticələr “Psychological Science” jurnalında dərc olunub.

Tədqiqatçılar hesab edirlər ki, yemək seçimlərimiz biz doğulmazdan əvvəl ananın qidalanması əsasında formalaşır. Durham Universitetinin alimi Beyza Üstünün sözlərinə görə, analar hamiləlik zamanı düzgün qidalanaraq, gələcəkdə uşaqlarının qeyri-sağlam qidalanmasının qarşısını ala bilər.

Araşdırmada iştirak edən Aston Universitetinin professoru Jaklin Blisset isə iddia edib ki, hamiləlik dönəmində ananın tərəvəzlərə daha çox yer verməsi uşağın damaq zövqünün formalaşmasına da təsir göstərəcək./publika.az

Xəbər lenti