Xəzər Xəbər

Vanqanın daha bir proqnozu hər kəsi şoka saldı: 2023-cü ildə...

Maraqlı | 16:11 • 22 Sentyabr 2022
Vanqanın daha bir proqnozu hər kəsi şoka saldı: 2023-cü ildə...
Vanqanın 2023-cü il üçün verdiyi proqnoz hər kəsi qorxudub.
 
XəzərXəbər xarici mediaya istinadən xəbər verir ki, korluğuna görə "kor kahin" adlandırılan məşhur bolqar kahin Vanqanın proqnozları gündəmi silkələməkdə davam edir. 
Bolqar qadının Çernobıl nüvə fəlakətini, Şahzadə Diananın ölümünü, Sovet İttifaqının parçalanmasını proqnozlaşdırdığı iddia edilərkən, Balkanların Nostradamusu adlandırılan Vanqanın proqnozlarının 85 faiz dəqiq olduğu iddia edilir. 
 
Vanqa 2023-cü ildə Yerin orbitində müəyyən mənada dəyişiklik olacağını proqnozlaşdırsa da, bunun təfərrüatları verilməyib. Ancaq bu dəyişiklik nə olursa olsun, dağıdıcı nəticələrə səbəb ola bilər.
 
Vanqanın digər proqnozları arasında nüvə silahının istifadəsi nəticəsində minlərlə insanın ölümü də var.
 
Vanqanın bir digər proqnozuna görə, yer planetində indiyədək heç vaxt görülməmiş miqyasda nəhəng Günəş fırtınası olacaq. Günəş fırtınası səbəbiylə Yer kürəsində elektrik və internet sistemləri zədələnə biləcəyi kimi, kosmosdakı stansiyalar, peyklər və astronavtlar da günəş fırtınasından mənfi təsirlənə bilər. 
 
Onun 2023-cü il üçün son iddiası qadağan ediləcəyini proqnozlaşdırdığı təbii insan doğumlarının sona çatmasını ehtiva edir.

Xəbər lenti