Xəzər Xəbər

Çinlilər bu heyvanı klonlaşdırdı - Dünyada BİR İLK

Maraqlı | 18:47 • 20 Sentyabr 2022
Çinlilər bu heyvanı klonlaşdırdı - Dünyada BİR İLK

Dünyada ilk dəfə klonlaşdırılmış vəhşi qütb canavarı doğulub.

Bu fakt Çində qeydə alınıb. 

Çinin biotexnologiya şirkəti dünyada ilk klonlaşdırılmış vəhşi qütb canavarının doğulduğunu elan edib. 

“Sinogene Biotechnology Co” şirkətinin baş direktoru Mi Jidongun sözlərinə görə, çinli tədqiqatçılar nəsli kəsilməkdə olan canavarı xilas etmək üçün 2020-ci ildən bəri qütb heyvanları üzrə mütəxəssis Harbin Polarland ilə əməkdaşlıq edirlər. Donor hüceyrələr Kanadadan gətirilən vəhşi dişi qütb canavarının dəri nümunəsindən əldə edilib. Klonlama təxminən iki il çəkib.

Klonlama zamanı surroqat kimi it seçilib. İtin seçilməsi təsdüfi olmayıb. Çünki itlər qədim canavarlarla ümumi genetik mənşəyi bölüşürlər.

Mütəxəssislər hesab edirlər ki, dünyada ilk klonlaşdırılmış vəhşi Arktika canavarının doğulması biomüxtəlifliyin, nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması üçün böyük əhəmiyyət kəsb edən klonlaşdırma texnologiyasının tətbiqində mühüm mərhələdir./sfera.az

Xəbər lenti