Xəzər Xəbər

Təyyarə ilə səyahət müddətləri yarıya enir - Bu tarixdən... FOTO

Səyahət edənlərin nəzərinə
Maraqlı | 09:17 • 19 Avqust 2022
Təyyarə ilə səyahət müddətləri yarıya enir - Bu tarixdən...
ABŞ-ın səsdən sürətli təyyarə istehsalçısı "Boom Supersonic" təyyarə ilə səyahət müddətlərini yarıya endirməyə hazırlaşır.
 
Şirkətin ərsəyə gətirdiyi "Overture" təyyarəsi İstanbuldan Nyu-Yorka 4 saatda, Nyu-Yorkdan Londona isə 3 saatda uçacaq.
 
Dünyanın ən sürətli sərnişin təyyarəsi olan "Overture" 2029-cu ildən xidmətə veriləcək. Bununla bağlı "American Airlines" artıq müqavilə də imzalayıb və 20 ədəd yeni təyyarə alıb.
 
Saatda 2 min kilometr yol qət edə bilən təyyarənin ən önəmli xüsusiyyətlərindən biri də ekoloji cəhətdən 100 faiz təmiz materialdan hazırlanması və təmiz enerji ilə işləməsidir. (bakupost) 
 

Xəbər lenti