Xəzər Xəbər

Quba və Qusarda nadir bitki növləri tədqiq edilib FOTO

Maraqlı | 18:35 • 12 Avqust 2022
Quba və Qusarda nadir bitki növləri tədqiq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Botanika İnstitutunun mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı bitkilərin növbəti monitorinqi həyata keçirilib.

Bu barədə xezerxeber.az-a ETSN-dən məlumat verilib.

Bildirilib ki, ekspedisiyanın əsas məqsədi yüksək dağlıq ərazilərdə yayılan nadir bitki növlərinin monitorinqinin aparılması, onların yaşayış mühiti və nəslinin kəsilmə səbəbləri haqqında məlumatların toplanmasıdır.

Böyük Qafqazın Quba və Qusar rayonlarına aid ərazisində keçirilən çöl tədqiqat işləri zamanı dəniz səviyyəsindən 2000-3500 metr yüksəklikdəki nadir bitki növləri tədqiq edilib. Tədqiq olunan növlərin əksəriyyəti Qafqazın və Azərbaycan florasının endem-subendem növləri olub, kiçik və fraqmentləşmiş yayılma sahələrinə malik nadir növlərdir.

Həmin növlərin statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların qeydiyyatı aparılıb.

 

Xəbər lenti