Xəzər Xəbər

"Fast food" qidalarından istifadə orqanizmə zərərdir? - Yaddaş, yaşlanma...

Maraqlı | 15:56 • 28 İyun 2022
"Fast food" qidalarından istifadə orqanizmə zərərdir? - Yaddaş, yaşlanma...

"Fast food” yaddaşın düşmənidir.

Təəssüf ki, indiki vaxtda qeyri-sağlam qidalanırıq, yemək yeməyə belə vaxt tapa bilmirik, ayaq üstə duraraq qəlyanaltı edərək tez yeyərək yeməklərimizi keçirik.
 
Unutqanlıq bəzən təhlükə əlaməti ola bilir. Üstəlik, bu problem yalnız yaşlanma, mərkəzi sinir sistemini təsir edən Parkinson, kəllə-beyin travmaları və stress kimi xəstəliklər deyil, həm də düzgün qidalanmamaqdan da yarana bilər. Bəs "fast food” kimi qidaların insan orqanizminə təsiri necədir?

Nevrologiya Mütəxəssisi Dr. Derya Uludüz xüsusilə "fast food” qidalanmasının yaddaş problemlərini artırdığını ifadə edib.

Həkim beyin üçün zərərli olan aşağıdakı qidaların təsirindən danışıb:

1.Bitki yağları;
 
- Qarğıdalı yağı, günəbaxan yağı və kanola yağı çox sağlam səslənsə də, hamısı beyin sağlamlığı və xüsusilə yaddaş üçün çox zərərli olan omeqa-6 yağ turşularını ehtiva edir. Bu yağ turşusu o qədər zərərlidir ki, beyin sağlamlığımız üçün çox faydalı olan və balıqda çox olan Omeqa-3 yağ turşusunun faydalı təsirlərini aradan qaldıra bilər.

2.Enerji içkiləri;
 
- Qazlı və enerji içkilərinin şəkərli diabet riskini artırdığı artıq məlum olsa da, yeni araşdırmalar onların Alzheimer riskini əhəmiyyətli dərəcədə artırdığını da müəyyən edib. Hətta bu diabet riskinin Alzheimer riski ilə əlaqəli olduğu və insulin səviyyəsinin artmasının unutqanlığa səbəb olduğu düşünülür. 

3.Ağ karbohidratlar;
 
- Ağ çörək, makaron, kartof və düyü yaddaşa zərərlidir. Hamısı yüksək glisemik indeksə malik, insulin balansını pozan və qan şəkərini birdən artıran qidalardır. Onların yaratdığı bu təsirlər yaddaşa da təsir edir və unutqanlıq şikayətlərinin başlamasına səbəb olur. 

4.Kartof qızartması;
 
- Kartof qızartması, qızardılmış toyuq və bütün digər qızartmalar əslində beyin sağlamlığımızın gizli düşmənləridir. Çoxlu qızartma ehtiva edən pəhrizlər zaman keçdikcə yaddaş ehtiyatlarının pisləşməsinə və unutqanlıq problemlərinin başlamasına səbəb olur.

5.Amerikadan bütün dünyaya sürətlə yayılan bir qidalanma üsulu olan "fast food” ölkəmizdə xüsusilə uşaqlar və gənclər arasında sürətlə yayılmaqdadır. İşləyən anaların günün qalan hissəsində yemək bişirmək istəmədiyi və hazır yeməklərə istiqamətləndiyi məlumdur. Bu da həm özləri, həm də uşaqları üçün xoşa gəlməyən nəticələrə yol açır.

Hamburger tərzi qidalar qida dəyərlərinin aşağı, kalori dəyərinin yüksək olması, doymamış yağ turşuları ehtiva etməsi səbəbilə çox yeməyin nəticəsində müxtəlik sağlamlıq problemlərinə səbəb olur. Bunlar aşağıdakılardır:

Yüksək təzyiq,

Köklük,

Yağlanma,

Əsəbilik,

Sümük əriməsi,

Uşaqlarda inkişafdan qalma,
 
Unutqanlıq.

azxəbər

Xəbər lenti