Xəzər Xəbər

Bələdiyyə səhvən külli miqdarda pulu işsiz kişinin hesabına köçürdü - Geri qaytarmamaq üçün görün nə etdi

Maraqlı | 11:17 • 21 May 2022
Bələdiyyə səhvən külli miqdarda pulu işsiz kişinin hesabına köçürdü - Geri qaytarmamaq üçün görün nə etdi

Aprelin əvvəlində, Yaponiyanın əsas Honshu adasının cənub-qərbində yerləşən Abu şəhərində bir bələdiyyə məmuru, COVID-19 epidemiyası zamanı yardım olaraq, aşağı gəlirli yerli sakinlərə nağd müavinət köçürməli imiş.

XəzərXəbər xəbər verir ki, bu barədə TBS məlumat yayıb.

Bildirilib ki, yardım üçün ayrılmış bütün məbləği (360 min dollar) səhvən adı siyahının başında olan işsiz Şo Taquçinin hesabına göndərib. O, pulun anlaşılmazlıq ucbatından bələdiyyədən gəldiyini bilsə də, dərhal xarici onlayn kazinolarda qumar oyunlarının təşkilində vasitəçilik edən dəlların hesabına köçürüb.

Taquchi əmin edir ki, o, bütün məbləği  bir an içində itirib, amma indi onu tədricən qaytaracağına söz verir.

Polis onu dələduzluqda şübhəli bilinərək həbs edib və bələdiyyə itirilən məbləğin qaytarılması üçün məhkəməyə müraciət edib. 

Üç min nəfərdən bir qədər çox əhalisi olan kiçik şəhərin büdcəsindən ciddi məbləğ itirən məmuru da rəsmi məsuliyyətə cəlb olunması nəzərdə tutulur. /publika.az

Xəbər lenti