Xəzər Xəbər

Kişilərə ciblərində telefon gəzdirmək olmaz

Maraqlı | 12:22 • 12 May 2022
Kişilərə ciblərində telefon gəzdirmək olmaz
Mobil telefonun radiyasiya mənbəyi olduğu dəfələrlə qeyd olunmağına baxmayaraq, bəzi adamlar hələ də onu ciblərində gəzdirirlər. Hətta bəziləri yatarkən mobil telefonunu yastığını altına qoyur. Mütəxəssislər həyəcan təbili çalır. Onlar mobil telefonun insanlar üçün əsas da kişilər üçün zərərli olduğunu qeyd edirlər.
 
Mütəxəssislərin araşdırmaları kişilərin ciblərində mobil telefon gəzdirmələrini onların cinsi fəaliyyətlərinə təsir etdiklərini söyləyilər. Belə ki, cinsi orqana yaxın məsafədə cib telefonunun saxlanılması spermatozoidlərin sayının azalmasına səbəb olur. Mütəxəssislər həm də sağ qalan spermatozoidlərin DNT-sində dəyişikliklərin getdiyini qeyd edirlər. Bu isə mobil telefonun radyasiyası səbəbindən spermatozoidlərin tərkibini dəyişməsi hesabına baş verir.
 
Bunu radiasiyanın insan orqanimi üzrərində təsirini araşdıran alimlər söyləyirlər. Son illər Yer kürəsi əhalisinin 14%-i sonsuzluqdan əziyyət çəkir. Statistikanın hesablamaları kişilərin 40%-nin sonsuzluqdan əziyyət çəkdiyini qeyd edir. Mütəxəssislər bunun səbəbini kişilərin mobil telefonu ciblərində gəzdirmələrində görür. Düzdür, sonsuzluq müxtəlif xəstəliklərdən də baş verir. Amma alimlər sonsuzluğa səbəb olan amillər içərisində radiyasiyanın birinci sırada durduğunu söyləyirlər. Bu barədə Avsrtaliyanın Nyukasla Universitetinin alimləri 27 elmi iş yazıb.
 
2008-ci ildən Ümumünya Sağlamlıq Orqanizasiyası mobil telefonu 2B rrup kanserogen xəstəlikləri əmələ gətirən səbəblər siyahısına salıb./Milli.az
İmsak və İftar vaxtı 2022

Xəbər lenti