Xəzər Xəbər

İlon Mask "Twitter"də Trampa yaşıl işıq yandırdı

Maraqlı | 15:51 • 11 May 2022
İlon Mask "Twitter"də Trampa yaşıl işıq yandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Twitter"ə qayıda biləcək.

"Financial Times" qəzeti xəbər verir ki, bu barədə çərşənbə axşamı sosial şəbəkəni alan amerikalı sahibkar İlon Mask bildirib.

"Daimi qadağalar inanılmaz dərəcədə nadir olmalıdır və botlara, fırıldaqçılara və spam göndərənlərə şamil edilməlidir. Məncə, Donald Trampın hesabını qadağan etmək yanlış idi", - iş adamı britaniyalılar tərəfindən təşkil edilən konfransda çıxış edərkən deyib. 

O əlavə edib ki, mənəvi cəhətdən pis olan və ölkənin böyük bir hissəsini sosial şəbəkədən uzaqlaşdıran bloklama qərarına yenidən baxılacaq.

Mask həmçinin bildirib ki, o, "Twitter"in imicini ifrat sol siyasi baxışların üstünlük təşkil etdiyi platforma kimi dəyişdirmək niyyətindədir. Bu, ABŞ-da və bəlkə də dünyanın digər yerlərində qalan auditoriya arasında inam yaratmır.

Qeyd edək ki, aprelin 25-də Twitter rəhbərləri Maskın şirkəti 44 milyard dollara alacağını açıqlayıblar./Publika.az 

Xəbər lenti