Xəzər Xəbər

“Omikron” dəridə neçə saat qalır?

Maraqlı | 15:11 • 27 Yanvar 2022
“Omikron” dəridə neçə saat qalır?

Yaponiyanın Kyoto Tibb Universitetinin tədqiqatçıları Uhanda yayılan koronavirus hadisəsinin ilk variantı ilə onun variantları arasındakı fərqləri araşdırıblar. Məlum olub ki, virusun “Alpha”, “Beta”, “Delta” və “Omikron” variantlarının plastik səthlərdə və dəridə “Uhan” ştammından iki dəfə daha uzun müddət yaşaya bilir.

Tədqiqatda “Uhan” variantının plastik səthlərdə orta ömrü 56, “Alpha” variantının 191,3, “Beta” variantının 156,6, “Delta” variantının 114, “Omikron” variantının isə 193,5 saat olub.

İnsan dərisində virus 8,6 saat, “Alpha” variantı 19,6, “Beta” variantı 19,6, “Delta” variantı 16,8, “Omikron” variantı isə 21,1 saat mövcudluğunu qoruyub saxlayıb.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, “Alpha”, “Beta”, “Delta” və “Omikron” variantları spirtə qarşı bir qədər müqavimət göstərsələr də, 35 faizlik spirt məhlulu ilə təmasda olduqdan sonra bütün variantlar 15 saniyədən sonra tamamilə təsirsiz hala gəlib.

Mənbə: Anadolu

Xəbər lenti