Xəzər Xəbər

Koronavirus kökəlməyə səbəb olur?

Maraqlı | 09:54 • 15 Yanvar 2022
Koronavirus kökəlməyə səbəb olur?

Tibb elmləri namizədi, endokrinoloq Yuri Poteşkin “Sputnik” radiosuna müsahibəsində bildirib ki, koronavirus infeksiyası insanın çəkisinin dəyişməsinə səbəb ola bilər.

Rusiya mətbuatı xəbər verir ki, professorun sözlərinə görə, çəkidə dəyişiklik bir çox xəstəliklərə xas olan iştahın azalması ilə bağlıdır.

Bununla belə, o qeyd edib ki, koronavirus xəstələri adətən kökəlirlər və bunun 2 səbəbi var:

“Birincisi, insanlarda fiziki aktivlik əhəmiyyətli dərəcədə azalır. İkinci məqam qəribə də olsa, xəstəlik zamanı çox miqdarda yağlı yeməklərin qəbuludur. Bu, orqanizmin özünü enerji ilə təmin etmək və müsbət emosiyalar yükü almaq istəyi ilə bağlıdır”.

Mütəxəssis əlavə edib ki, koronavirusa yoluxan insanların bədən çəkisində 10-15% artım olur. Fiziki fəaliyyətin tədricən artması və düzgün seçilmiş pəhriz formanı bərpa etməyə kömək edir. /Publika.az 

Xəbər lenti