Xəzər Xəbər

Ətrin saxta olduğunu necə anlamaq olar? - Gözlə görülən İPUCLARI

Maraqlı | 12:22 • 9 Dekabr 2021
Ətrin saxta olduğunu necə anlamaq olar? - Gözlə görülən İPUCLARI

Bir çox ətir rəfləri əslində bənzədilmiş saxta məhsullarla dolu olur. Əksərən müştərilərin bundan xəbəri olmur və baha qiymətə saxta ətir alır. Qeyd edək ki, saxta ətirlər bizə həm maddi, həm də sağlamlıq baxımından zərər vurur. Ancaq bu saxta malları ayırd etməyin çox sadə yolları var.

XəzərXəbər həqiqi ətri saxta ətirdən ayırmağın bəzi məqamlarını diqqətinizə çatdırır.

Qüsursuz paketləmə

Əgər şəffaf örtük narahatedici, düzgün olmayan bir şəkildə yapışdırılıbsa, o ətir saxtadır. Həqiqi ətir qutuları hər zaman qüsursuz örtüyə sahibdir.

Şüşə keyfiyyəti

Həqiqi ətirlərin yüksək keyfiyyətli şüşələri olur. Saxta olanlar isə daha kobud və düzgün olmayan xarici xətlərə sahibdir.

Keyfiyyətli qutu

Həqiqi paketləmə yüksək keyfiyyətli kartondan hazırlanır və şüşəni zərbələrə qarşı qoruyacaq şəkildə hazırlanır. Buna görə qutuların içində ətir şüşəsini tutacaq bir boşluq var. Həmçinin karton ağ olmalıdır, bozumtul yox.

Etiket və yazılar

Orijinal qutu və saxta qutu üzərindəki yazıya diqqət edildiyində gözlə görülə bilən fərqlər var. Ətir alarkən məhsulun internet səhifəsini də ziyarət etməkdən çəkinməyin, oradakı məhsul haqqında məlumatları və paketi müqayisə edin. Ən kiçik fərq belə imitasiya əlamətidir.

Ətir rəngi

Məşhur markalar ətirlərində çox boya istifadə etmirlər. Buna görə həqiqi ətirlərin rəngi daha açıq olur. Ətrin diqqətçəkən kimyəvi rəngi onun saxta olduğunun bir işarəsidir. /ailem.az

Xəbər lenti