Xəzər Xəbər

Baytar olmaq istəyirdi, saray gəlini oldu

Maraqlı | 12:51 • 5 Dekabr 2021
Baytar olmaq istəyirdi, saray gəlini oldu

50 yaşını qeyd edən Danimarka şahzadəsi Meri haqda maraqlı faktlar
Danimarka vəliəhdi Frederikin xanımı Şahzadə Meri 2022-ci il fevralın 5-də 50 yaşını qeyd edəcək. Ərinin taxta çıxmasından sonra “kraliça zövcəsi” titulunu alacaq Şahzadə Merinin 50 illiyi ilə bağlı keçiriləcək tədbirlər proqramı müəyyənləşərək rəsmi olaraq açıqlanıb. Bildirilib ki, tədbirlər 2022-ci ilin yanvarından başlayacaq. Belə ki, əvvəlcə yanvarın 27-də Merinin adını daşıyan fondun tədbiri keçiriləcək. Daha sonra yanvarın 31-də Meri onun şərəfinə açılacaq sərgidə lenti kəsəcək.

Fevralın 3-də isə Şahzadə Meri 1972-ci ildə doğulduğu andan 2022-ci ilə qədər həyatından hissələri təqdim edən daha bir sərginin açılışında iştirak edəcək. Sərgidə fotoşəkillər, paltarlar və Merinin bəzi şəxsi əşyaları yer alacaq.

Şahzadə xalqdan biridir

50 yaşını möhtəşəm tədbirlərlə qeyd edəcək Şahzadə Meri "müasir dövrün "zoluşkası"" kimi tanınan kral ailə üzvlərindən biridir. Onun həyatı kilometrlər uzaqda, tamamilə başqa bir qitədə başlamışdı.

Meri Donaldson 1972-ci ildə Avstraliyada anadan olub. O, riyaziyyatçı professorunun dörd övladının ən kiçiyi idi. Universitetdə hüquq və kommersiya təhsili alıb. Əlbəttə ki, onun gələcəklə bağlı başqa arzuları da var idi. Lakin 2000-ci ildə onun həyatını dəyişəcək görüş baş verdi. Danimarka vəliəhdi Frederik və Meri Donaldson görüşəndə ​​təqvimlər 2000-ci ili göstərirdi. Cütlük Sidneydəki barlardan birində tanış olub. Şahzadə həmin vaxt Sidney Olimpiadası oyunları ilə bağlı şəhərdə idi. Görüş zamanı onların arasında bir yaxınlıq baş verdi, bur qədər sonra isə onlar bir-birlərinə aşiq oldular. 2003-cü ildə cütlüyün nişanlı olduğu açıqlandı.

Aşiq olduğu adamın şahzadə olduğunu bilmirdi..

Şahzadə Meri müsahibələrinin birində 28 yaşı olarkən Frederiklə tanış olduğu anı belə təsvir edib:

"İlk görüşdə ​​əlimizi sıxmışdıq. Onun Danimarka Şahzadəsi olduğunu bilmirdim. Görüşümüzdən yarım saat sonra kimsə gəldi və mənə dedi: 'Bu insanların kim olduğunu bilirsənmi?' Mən yalnız bundan sonra tanış olduğum adamın kim olduğunu öyrəndim.

Uzaq sevgi

Cütlüyün münasibətlərinin ilk ili bir-birindən uzaqda keçib. O zaman Frederik Danimarkadan Avstraliyaya tez-tez gizli səfərlər edirdi. Şahzadə Meri başqa bir müsahibəsində bir gün şahzadə olmağı xəyal etmədiyini, "Əslində baytar olmaq istəyirdim" demişdi.

"Mən Merinin, Meri də mənimdir"

Meri 2001-ci ildə Danimarkaya köçür. Bu andan sonra hadisələr sürətlə inkişaf etməyə başlayır və cütlük böyük bir kütləsi qarşısında bir-birlərinə "ölüm bizi ayırana qədər birlikdə olacağıq" deyir. Məhz həmin mərasimdə Şahzadə Frederik bu gənc avstraliyalı qıza sədaqətini bildirərək, "Bu gündən etibarən Meri mənəm və mən Meriyə aidəm. Mən onu sevirəm", deyib. 2004-cü il mayın 14-də ailə quran cütlüyün dörd övladı var.

Eltisi ilə arası yaxşı deyil

Şahzadə Meri kral ailəsinin güclü və dominant şəxsiyyəti ilə tanınan üzvüdür. Lakin əri Frederikin qardaşı Yoahimin fransız arvadı Mari ilə münasibətləri yaxşı deyil.

Ən dəbli geyinən şahzadə

Şahzadə Meri həm də dünyanın ən dəbli geyinən kral ailəsi üzvlərindən biri kimi tanınır./Musavat.com

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022