Xəzər Xəbər

Həkim "Omikron"un simptomlarını açıqladı: "Dad və iybilmə itmir, amma..."

Maraqlı | 12:38 • 30 Noyabr 2021
Həkim "Omikron"un simptomlarını açıqladı: "Dad və iybilmə itmir, amma..."

COVID-19-un yeni variantı "Omicron”u ilk dəfə müəyyən edən həkim detalları açıqlayıb.
 
Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti Anceliqi Kotzi variantla bağlı yeni məlumat verib. Təxminən 8-10 həftə müddətində tədqiqat apardıqları bölgədə koronavirus hadisəsi görmədiklərini qeyd edən mütəxəssis "Lakin sonradan 18 noyabrda viral infeksiyaya bənzər simptomları olan gənclər gördük”, - deyə bildirib.  Anceliqi Kotzi əvvəlki COVID-19 dalğalarında olduğu kimi "Omicron”un da əvvəlcə gənclərə yoluxduğunu vurğulayıb.

"Good Morning Britain”a açıqlama verən Kotzi bildirib ki, yeni ştama yoluxmuş xəstələr əvvəlki variantlara yoluxmuş xəstələrdən fərqli simptomlara malikdir. Onun sözlərinə görə, əsas əlamətlərdən biri yorğunluq, bədən ağrıları və baş ağrısıdır: 

"Simptomlar daha əvvəl müalicə etdiklərimdən yüngül idi. Digər tərəfdən xəstələrin təxminən yarısı vaksinsiz olub. "Vuhan” və "Delta”da rast gəlinənlərdən fərqli olaraq, bu varianta yoluxanlardan heç biri dad və iybilmə duyğularını itirməyiblər”.

Mütəxəssis, həmçinin deyib ki, "Omicron”a yoluxanlarda yüngül öskürək də müşahidə edilə bilər. "Son 10 gün içində COVID-19 testi pozitiv çıxan və xəstəxanaya yerləşdirilmədən tamamilə sağalan 30 xəstə də oldu”, - deyə o əlavə edib./Sfera.az

Xəbər lenti