Xəzər Xəbər

Yeni həftədə bizi nələr gözləyir? – Astroloq açıqladı

Maraqlı | 16:28 • 29 Noyabr 2021
Yeni həftədə bizi nələr gözləyir? – Astroloq açıqladı

"Bu həftə istədiyimiz bir çox şey reallaşa bilər”.
 
Bunu türkiyəli astroloq Mine Ayman deyib. Onun sözlərinə görə, həftənin çərşənbə axşamı və çərşənbə günü, tərəzi bürcündə irəliləməyə davam edən Ay əlaqələri gücləndirmək üçün dəstək olacaq. Eyni zamanda bu günlərdə problemli olan hər cür münasibətləri həyatımızdan çıxarmaq üçün addım ata bilərik. 

Digər tərəfdən şənbə günü, saat 10:43-də Oxatan bürcündə baş verəcək Günəş tutulmasının bütün həftəmizə təsir edəcək. Bu, problemli məsələlərdə mühüm inkişaflar ehtimalını gücləndirir. Növbəti 2 həftə ərzində vacib sonluqlar və ya başlanğıclar yaşaya, həyatımızın bir sahəsində yeni bir dövrə girə bilərik.

1 dekabr, saat 16:23-dən etibarən Neptunun Balıqlar bürcündəki geriləməsi sona çatacaq və biz bütün diqqətimizi xəyallarımıza cəmləyib onları həyata keçirmək üçün addımlar atmağa başlayacağıq. Bu həftənin cümə axşamı və cümə günü hisslərimiz çox güclü ola bilər. Şənbə günü gerçəkləşəcək Günəş tutulması Oxatan bürcündə olacağı üçün, əsasən bürcü və ya yüksələni Oxatan, Əkizlər, Qız və Balıq olanlar təsirlənəcək. Sözügedən şəxslər həyatlarının bir sahəsində çevrilmə yaşayacaqlar. Bu dövrdə təbii fəlakətlərə və yanğınlara diqqət etmək lazımdır./Sfera.az

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022