Xəzər Xəbər

Atom bombasını da kölgədə qoyur – Yerə yaxınlaşan qorxunc təhlükə

Maraqlı | 14:28 • 29 Noyabr 2021
Atom bombasını da kölgədə qoyur – Yerə yaxınlaşan qorxunc təhlükə

Elm adamları Yer kürəsinin yaxınlığından keçəcək nəhəng meteorit haqqında məlumatı açıqlayıblar. Diametrinin 84-190 metr arasında olduğu düşünülən nəhəng meteorit Yerə çırpılarsa, atom bombasını belə kölgədə qoyacağı, amma hələlik belə bir təhlükənin olmadığı bildirilib.

Alimlər indi meteoritlərin Yerə çırpılma ehtimalını əvvəlkindən daha ciddi şəkildə nəzərdən keçirirlər.

ABŞ-ın Aeronavtika və Kosmos Agentliyi (NASA) bir meteoritin Yerə çırpılmasının qarşısını almaq üçün kosmosa göndərdiyi vasitə ilə təhlükəli sınaq keçirəcək. NASA-nın kosmik gəmisi Yer üçün təhlükə yaradan meteoritin qarşısını almağa çalışacaq. Bu yöndə görülən işlərin sürət qazandığı vaxt elm adamlarından maraqlı açıqlama gəlib.

Mütəxəssislər hazırda Yerin orbitinə doğru sürətlə hərəkət edən nəhəng meteoritin planetimizlə toqquşacağı təqdirdə, atom bombasından qat-qat böyük dağıntılara səbəb olacağını düşünürlər. Amma 2018 AH adlı meteoritin 4.5 milyon kilometr uzaqdan keçdiyi təxmin edilir. Ona görə də heç bir toqquşma gözlənilmir.

2018 AH hələ də Apollon meteoritləri siyahısındadır. Bu siyahıdakı meteoritlər Yerlə toqquşma təhlükəsi yarada bilərlər.

Sözügedən meteorit üç il əvvəl Yerdən 296 758 kilometr məsafədən keçib. Elm adamları o dönəmdə asteroidin sönük olmasına görə onun gəlişini görməmişdilər. 2018 AH-ın Yerlə mümkün toqquşmasının Tunquska hadisəsini təkrarlaya biləcəyi ehtimal olunur./Teleqraf.com

Xəbər lenti