Xəzər Xəbər

Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir

Maraqlı | 10:24 • 26 Oktyabr 2021
Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir
Böyük Britaniyadakı müxalif Leyboristlər Partiyasının sözçüsü Reyçl Rivz ölkədə koronavirusa yoluxma hallarının sürətlə artdığını, ekspertlər isə bizi qarşıda ən pis qışın gözlədiyini açıqlayıb.

XəzərXəbər Publika.az-a istinadən xəbər verir ki, Rivz artan yoluxmalar fonunda hökumətin təcili B planına keçməsini təklif edib. BBC-nin Endryu Marr şousuna qatılan Rivz deyib ki, hökumət A planını gerçəkləşdirməkdən daha çox iş görməlidir.

Baş nazir Boris Conson və Səhiyyə naziri Sacid Cavid isə koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, daha sərt məhdudiyyətlərə keçməməkdə günahlandırılır. İngiltərədə qış mövsümündə COVID-19 ilə mübarizə planı çərçivəsində hazırlanan strategiyaya əsasən, hazırda qüvvədə olan A planı davam edir. Plana əsasən, təxminən 30 milyon nəfər gücləndirici peyvəndlər vurdurmalıdır, 12-15 yaşlı sağlam yeniyetmələrə bir doza kifayətdir, həmçinin qapalı məkanlarda maska taxmaq şərtdir.

Qeyd edək ki, Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid qış aylarında ölkədə koronavirusa yoluxanların sayının gündə 100 minə çata biləcəyi barədə xəbərdarlıq edib. Digər tərəfdən, səhiyyə işçiləri hökuməti qışda "böhrandan" qaçmaq üçün təcili olaraq bəzi tədbirlər görməyə çağırıb. Lakin hökumət bütün bu çağırışlara laqeyd qalmaqda və adekvat tədbirlər görməməkdə ittiham olunur.

Xəbər lenti