Xəzər Xəbər

Elm adamlarından yeni pandemiya xəbərdarlığı: Dünyada ən az səkkiz növ quş qripi yayılır

Maraqlı | 15:44 • 21 Oktyabr 2021
Elm adamlarından yeni pandemiya xəbərdarlığı: Dünyada ən az səkkiz növ quş qripi yayılır

Rusiyanın cənubundakı Həştərxan şəhərində eyni gündə 101 min toyuq ölməyə başlayıb.

XəzərXəbər xəbər verir ki, bir qrup elm adamı əhalinin artması, qlobal istiləşmə, qeyri-təbii əkinçilik və heyvandarlıq səbəbiylə heyvanlardan insanlara keçən xəstəliklərin getdikcə daha çox ölümcül hala gəldiyini açıqlayıb.

 

"COVID-19", "Ebola", "HİV", "Nipah" virusu və "Zika" kimi ölümcül xəstəliklərin, eləcə də quş qripi viruslarının mutasiyaya uğradığını bildirən mütəxəssislər hazırda dünyada 8 quş qripinin olduğunu və bunların hamısının insanlar üçün ölümcül ola biləcəyini bildiriblər.

Xüsusilə "H5N6" adlı virusun yoluxmuş insanların yarısını öldürdüyünü və son həftələrdə yoluxanlarda artım olduğunu ifadə edib.

Mütəxəssislər yeni bir pandemiyanın ortaya çıxacağı təqdirdə, bunun "COVID-19"dan daha təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblır.

Məlumata görə, ötən ilin dekabrında Rusiyanın cənubundakı Həştərxan şəhərində eyni gündə 101 min toyuq ölməyə başlayıb. Dövlət Araşdırma Mərkəzinin sınaqları göstərib ki, "H5N8" kimi tanınan nisbətən yeni ölümcül quş qripi növü artıq yayılmağa başlayıb.

Xəbər lenti