Xəzər Xəbər

Azərbaycanda imtahandan 700 bal toplayan iki gənc evləndi FOTO

Maraqlı | 18:40 • 18 Oktyabr 2021
Azərbaycanda imtahandan 700 bal toplayan iki gənc evləndi

Bakıda müxtəlif illərdə 700 bal toplamış 2 məzunun - Ucal Ağammədovla Nərmin Məmmədlinin toy mərasimi keçirilib.

XəzərXəbər xəbər verir ki, bu barədə feysbukda Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, Ucal Ağammədov 2009-cu ildə qəbul imtahanından 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakuktəsinə qəbul olub.

Nərmin Məmmədli isə 2013-cü ildə qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakultəsinə qəbul olmuşdur.

Hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər.

Xəbər lenti