Xəzər Xəbər

Aydan götürülmüş nümunələr elm dünyasını şoka saldı: Üç milyard il əvvəl…

Maraqlı | 09:39 • 15 Oktyabr 2021
Aydan götürülmüş nümunələr elm dünyasını şoka saldı: Üç milyard il əvvəl…

Çinin Aya göndərdiyi araşdırma vasitəsi götürdüyü nümunələri Yerə gətirib.

Ayın səthindən götürülmüş nümunələri araşdıran elm adamları təəccüblü nəticələr əldə ediblər.

40 ildən sonra ilk dəfə Aydan Yerə torpaq nümunəsi gətirilib. Bu nümunələr beynəlxalq araşdırma qrupu tərəfindən nəzərdən keçirilib.

“Apollon” missiyası zamanı toplanan nümunələrin araşdırılması isə Aydakı vulkanik fəallığın 3 milyard il əvvələ gedib çıxdığı deyilmişdi. Amma yeni tapıntılara görə, vulkanik aktivlik Ayda bundan sonra da mövcud olub. 1.97 milyard il əvvəl Ayda vulkanik aktivliyin olduğu müəyyən edilib.

Yerin peykinin 4.5 milyard yaşında olduğu məlumdur. Hazırda Ayda heç bir aktivlik yoxdur, amma peykin keçmişdə aktiv olduğu təxmin edilir. Ayın səthinin altında bu vulkanik fəaliyyətin izləri olan lava tunelləri var.

Bundan əvvəl Ayda 1 milyard il əvvələ aid vulkanik nümunələr tapılmışdı. Araşdırmalar nəticəsində məlum olub ki, bu daşlar Aya meteoritlərlə gətirilib. Yeni nümunələr Ayın özünə aid olması baxımından önəmlidir.

Elm adamları araşdırmada 50 milyon illik yayınma səhvinin ola biləcəyini söyləyirlər. Tədqiqatçıların fikrincə, Kainatın yaşı nəzərə alınmaqla bu, olduqca dəqiq nəticədir./Teleqraf.com 

Xəbər lenti