Xəzər Xəbər

“Buz cəhənnəmi”ndə son 64 ilin ən soyuq qışı... – Elm adamları açıqladı

Maraqlı | 11:11 • 10 Oktyabr 2021
“Buz cəhənnəmi”ndə son 64 ilin ən soyuq qışı... – Elm adamları açıqladı

Apreldən sentyabr ayına qədər olan dövrdə elm adamları Antarktidada orta hesabla mənfi 61 dərəcə selsi temperatur qeydə alıblar.

Bu barədə “Live Science” məlumat yayıb.

Məlumata görə, bu, 1957-ci ildə müşahidələr başlayandan bəri qeydə alınan ən aşağı temperaturdur. Bundan əvvəlki rekord 1976-cı ildə, Antarktidada orta temperaturun mənfi 60.6 dərəcəyə düşdüyü zaman qeyd edilib.

Mütəxəssislərə görə, Antarktidada keçən qış son 30 ilin ortalamasından təxminən 2.5 dərəcə soyuq olub.

Qeyd edək ki, keçən yay bütün dünyada son illərdə qeydə alınmış ən isti mövsüm idi./Teleqraf.com

Xəbər lenti