Xəzər Xəbər

“Qırmızı planet”də baş verən sirli kataklizm: Marsda çay tapıldı

Maraqlı | 10:56 • 10 Oktyabr 2021
“Qırmızı planet”də baş verən sirli kataklizm: Marsda çay tapıldı

ABŞ və Fransadan olan tədqiqatçılar “Perseverance rover” kosmik aparatından alınan görüntüləri təhlil edərək, Marsda yerləşən Jezero kraterindən bir gölə axan qədim çay deltasının qalıqlarını ortaya çıxarıblar.

Elm adamları bundan əlavə gölün mövcudluğunun son mərhələlərində fəlakətli daşqınlara dair sübutlar aşkar ediblər.

Elm adamlarının araşdırması “Science” jurnalında dərc olunub.

Marsın peyk görüntüləri üzərində aparılan araşdırma 3.7 milyard il ərzində Jezero kraterindən gölə axan çayın qalıqları tapılıb. Vaxtilə çayın böyük əraziləri əhatə edən daşqınlara məruz qaldığı da üzə çıxıb. Elm adamları bu qənaətə çöküntü təbəqələrini araşdıraraq gəliblər.

Tədqiqatçılara görə, vaxtilə həmin çatda saniyədə üç min kubmetrə qədər su daşıyan, saniyədə doqquz metrə çatan daşqınlar baş verib. Bu cür kataklizmlərə səbəb olan amillər hələlik məlum deyil./Teleqraf.com 

Xəbər lenti