Xəzər Xəbər

İnfeksionist koronavirusla soyuqdəyməni müqayisə etdi

Maraqlı | 11:54 • 1 Avqust 2021
İnfeksionist koronavirusla soyuqdəyməni müqayisə etdi

Bir neçə ildən sonra COVID-19 soyuqdəymədən daha təhlükəli ola bilməz.

RİA "Novosti" -yə bu versiyanı Cenevrə Universitet Xəstəxanasının yoluxucu xəstəliklərə nəzarət və profilaktika xidmətinin rəhbəri Didye Pitte söyləyib.

Pittenin fikrincə, bəşəriyyət bu virusa qarşı antikorlar yaradacaq:"Amma ümumi immunitetin yaranması soyuqdəymə xəstəliyini yox etməyəcək və insanlar yenə vaxtaşırı soyuqdəymə xəstəliyinə yoluxacaqlar, burunları da axacaq, həmçinin öskürək və digər əlamətlər də olacaq",-deyə həkim qeyd edib.

"Beş və ya on ildən sonra əhalinin 99 və ya 100 faizində antitel formalaşsa da, olacaq, amma yenə də həmin insanlar yüngül formada da olsa, soyuqdəymə xəstəliyinə yoluxacaqlar, bu danılmaz həqiqətdir",-deyə Pitte vurğulayıb. Qeyd edək ki, ingilis mütəxəssisiəri bir müddət əvvəl peyvənd kampaniyalarının uzun illər davam edə biləcəyini söyləmişdilər./Cebhe.info

Xəbər lenti