Xəzər Xəbər

Bezosdan kosmosla bağlı maraqlı təklif

Bezos: Ekologiyaya zərər vuran sənayeni kosmosa köçürmək lazımdır
Maraqlı | 12:48 • 24 İyul 2021
Bezosdan kosmosla bağlı maraqlı təklif

“Amazon” şirkətinin təsisçisi Cef Bezos ekologiyaya zərər vuran bütün sənayeni orbitə köçürməyi təklif edib.

Bezos bunun Yeri çirklənmədən qorumağın mümkün olacağını söyləyib.

“Planetə baxanda sərhəd görmürsən. Bu, hər kəs üçün yeganə planetdir və kövrəkdir. Biz belə möhtəşəm planetdə yaşayırıq.

Planetin xilası üçün ekologiyaya zərərli bütün sənayeni kosmosa köçürmək lazımdır. Bunun reallaşdırılmasına on illərlə vaxt gedəcək, amma bunu etməyə başlamaq lazımdır”, – deyə o bildirib./Axar.az 

Xəbər lenti