Xəzər Xəbər

Çində əriyən buzlaqlardan qədim viruslar aşkarlandı

Maraqlı | 17:47 • 21 İyul 2021
Çində əriyən buzlaqlardan qədim viruslar aşkarlandı

Çinin Tibet yaylasında alimlər ərimiş buzlaqlardan indiyədək naməlum olan qədim virus növləri aşkar edib.

ABŞ-ın Ohayo Universitetinin bioloqları Tibetdən 2015-ci ildə götürülmüş 15 min illik buzlaq nümunələrindən 33 fərqli virusun genetik kodunu müəyyənləşdirib.

Qeyd olunur ki, bu viruslardan dördü əvvəllər məlum olub, 29-u isə tamamilə yeni, bu günədək elmə məlum olmayan viruslardır./Axar.az 

Xəbər lenti