Xəzər Xəbər

Bəşəriyyəti gözləyən fəlakətlə bağlı NASA-dan AÇIQLAMA

NASA: Yerin enerjini saxlama miqdarı ikiqat artdı
Maraqlı | 10:51 • 20 İyun 2021
Bəşəriyyəti gözləyən fəlakətlə bağlı NASA-dan AÇIQLAMA

Yerin Günəşdən gələn enerjini saxlama miqdarı misilsiz görülməmiş şəkildə - 2005-2019-cu illər arasında müqayisədə ikiqat artıb.

Amerika Birləşmiş Ştatları Aviasiya və Kosmik Agentliyi (NASA) ilə Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən hazırlanan ortaq hesabatda dünyanın günəşdən gələn enerjinin nə qədərini istilik şəklində saxladığı və nə qədərinin kosmosa buraxdığı ölçülüb, arasındakı fərq ortaya qoyulub.

2005 və 2019-cu illər arasında "enerji tarazsızlığı" olaraq bilinən istilik tutma səviyyəsinin təxminən iki dəfə artdığı vurğulanan hesabatda bu vəziyyətin okeanın, havanın və qurunun sürətlə istiləşməsinə səbəb olduğuna diqqət çəkilib.
Buna enerji tarazsızlığının atmosferdəki metan və karbon dioksid kimi istixana qazlarının artması, bulud örtüyü və dənizlərdə buz qatının azalması və suyun buxarlanmasının artmasındakı səbəb olduğu vurğulanıb./publika.az

Xəbər lenti