Xəzər Xəbər

Sensasiya: 24 min il sonra dirildi, qeyri-cinsi yolla çoxaldı...

Maraqlı | 15:52 • 8 İyun 2021
Sensasiya: 24 min il sonra dirildi, qeyri-cinsi yolla çoxaldı...

Sibirdə 24 min ildir donmuş halda qalan çoxhüceyrəli bir orqanizmin sağ olduğu üzə çıxıb.

Elm adamları Rusiya Arktikasında Alayeza çayından ”bdelloid rotifer” adlandırılan kiçik su çoxhüceyrəlisi tapdıblar.

Bdelloid rotifer üzərindəki buz min illər sonra əridikdən sonra “kriptobioz” adlandırılan canlanma prosesi ilə qeyri-cinsi yolla çoxalmağı bacarıb.

Əvvəlki araşdırmalarda isə bu canlıların donduqdan sonra 10 ilə qədər yaşaya biləcəyi iddia olunurdu. “Current Biology”də dərc olunan yeni araşdırmada bdelloid rotiferlərdə kriptobiozun sonsuz olmasa da, min illərlə davam edə biləcəyi bildirilib.

“Fikir ondan ibarətdir ki, çoxhüceyrəli bir orqanizmin dondurulub min illər boyu saxlanılması və sonra yenidən canlanması bir çox fantast yazarın arzusudur”, - rusiyalı elm adamı Stas Malavin deyib.

Malavin nəticəni daha yaxşı başa düşmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu söyləyib.

Alimlər tədqiqatdakı prosesi öyrənmək üçün laboratoriyada onlarla bdelloid rotiferləri dondurub araşdırırlar.

Aşkar olunan bdelloid rotiferin yaşının 23 960 və ya 24 485 il olduğu bildirilib.

Bdelloid rotiferlər dünya miqyasında şirin su hövzələrində olan rotifer sinifidir. Bu orqanizmlər çox sərt iqlim şərtlərinə qarşı dözümlülükləri ilə tanınırlar. Elm adamlarına görə, bdelloid rotiferlər aşağı oksigen, yüksək turşuluq və dehidrasiya şərtlərinə davam gətirə bilən və radiasiyaya dünyada ən çox müqavimət göstərən canlılardan biridir./Teleqraf.com

Xəbər lenti