Xəzər Xəbər

Yeni araşdırmanın nəticəsi şok etdi: Bu bölgələrdə yaşayanlar koronavirusa yoluxmur

Maraqlı | 12:18 • 8 İyun 2021
Yeni araşdırmanın nəticəsi şok etdi: Bu bölgələrdə yaşayanlar koronavirusa yoluxmur
COVİD-19-la bağlı yeni araşdırma aparılıb.
 
İngiltərəli elm adamları bəzi şəxslərin niyə koronavirusa yoluxmadığı ilə bağlı genetik tədqiqatlar aparıb. Bəlli olub ki, müəyyən gen qruplarındakı insanlar COVİD-19-a yoluxmur.
 
Nəticələrdə "HLA-DRB1*04:01" adlı genin asemptomatik (xəstə virus daşıyıcısıdırsa və ya xəstəliklə bağlı əlamətlər göstərmirsə) insanlarda daha çox rast gəlindiyi bildirilib.  
 
Sözükeçən genə sahib olan şəxslərin koronavirusa qarşı güclü müdafiəsinin olduğu qeyd edilib. Elm adamlarının sözlərinə görə, Avropanın şimalında və qərbində bu cür insanların çox olduğu düşünülür./Sfera.az 

Xəbər lenti