Xəzər Xəbər

Bu kişilərin yalnız qız övladları dünyaya gəlir

Maraqlı | 12:45 • 12 May 2021
Bu kişilərin yalnız qız övladları dünyaya gəlir

Adətən qız övladının doğulmasına görə qadınlara "irad" tuturlar. Lakin qadının burada heç bir "günahı" yoxdur.

 
Bioloji nöqteyi nəzərdən gələcək uşağın cinsini ana deyil, ata "təyin edir". Bu nə deməkdir?
 
Bildiyimiz kimi, insan orqanizminin irsi məlumatları (dəri, gözlərin, saçların rəngi və s.) xromosomlar daşıyır. Cinsi xromosomlar X və Y olur. XX - qadın, XY - kişi fenotipidir. Kişi cinsi hüceyrələri olan spermatozoidlər X və ya Y xromosomu daşıya bilər. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi yalnız X xromosomu daşıyır. Əgər yumurta hüceyrəsini X xromosomu daşıyan spermatozoid tərəfindən mayalandırarsa qız (XX), Y xromosomu daşıyan spermatozoid mayalandırarsa oğlan uşağı (XY) dünyaya gələcək.
 
Bəs bunu qabaqcadan proqnozlaşdırmaq mümkündürmü? Təbii ki, tam mümkün deyil. Lakin...
 
XəzərXəbər xəbər verir ki, Aberistuit Universitetinin (Böyük Britaniya) alimləri çoxlu sayda statistik və genetik materialları təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, bir neçə bacısı və bibisi olan kişilərin daha tez-tez qız övladları və əksinə nəsildə kişilər çox olanlarda (qardaşlar, əmilər) daha tez-tez oğlan övladları dünyaya gəlir.
 
Bundan əlavə alimlər aşkar ediblər ki, 1-ci və 2-ci qan qrupu olanlarda qız övladlarının dünyaya gəlməsi ehtimalı daha çoxdur./saglamolun.az

Xəbər lenti